Almaniyada beş nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Almaniyada beş nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 20 may 2025 02:39 (UTC +04:00)

Almaniyanın Bilefeld şəhərində bir barın qarşısında baş verən və ən azı beş nəfərin xəsarət aldığı zorakılıq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA Almaniya mediasına istinadən xəbər verir ki, bıçaqlı hücumdan dərhal sonra polis Düsseldorf yaxınlığındakı Heiligenhaus şəhərində xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşları şübhəli şəxsi həbs ediblər.

Qeyd edək ki, ötən gün naməlum şəxs kəsici alətlə ən azı beş nəfərə xəsarət yetirib. Onlardan dördünün vəziyyəti ağırdır. Hücumu törədən şəxs dərhal hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR