Bank Of Baku

Almaniyada Bundesver bazası üzərində naməlum PUA-lar müşahidə olunub

Almaniyada Bundesver bazası üzərində naməlum PUA-lar müşahidə olunub
# 07 avqust 2026 23:23 (UTC +04:00)

Almaniyanın Meherniç şəhərində Bundesverin bazası üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə olunub.

Bu barədə "Süddeutsche Zeitung" polisinin məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, cümə axşamı axşam saatlarından cümə günü səhərədək özəl mühafizə şirkətinin əməkdaşları altı naməlum PUA uçuşu qeydə alıblar. Hadisə barədə dərhal polisə məlumat verilib. Polis əməkdaşları da səhər saatlarında bazanın üzərində böyük PUA müşahidə ediblər.

Bazanın ərazisində silah və ehtiyat hissələrinin böyük anbarı yerləşir, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemlərinin təmiri həyata keçirilir.

PUA-ların uçuşlarının arxasında kimin dayandığı hələlik məlum deyil. Polis hərbi obyektlərin icazəsiz çəkilişində şübhəli bilinən şəxslərlə bağlı araşdırma başladıb. Araşdırmaya Bundesverin Hərbi Əks-Kəşfiyyat Xidməti və Berlində fəaliyyət göstərən PUA-lara qarşı mübarizə üzrə Birgə Mərkəz də cəlb olunub.

Bundesverin operativ komandanlığı hadisəni təsdiqləyib və ən azı iki PUA-nın müşahidə edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR