Almaniyanın ARD televiziyasının rəhbəri istefa verib

Almaniyanın ARD televiziyasının rəhbəri istefa verib
# 05 avqust 2022 06:39 (UTC +04:00)

Almaniyanın ARD televiziyasının rəhbəri Partisia Şlesinger istefa verib.

APA-nın xəbərinə görə, Şlesinger telekanalın vəsaitlərindən sui-istifadədə ittiham olunur. Almaniya KİV-lərinin məlumatına görə, o, abunə haqlarından əldə edilən vəsaiti öz maraqları üçün xərcləyib və xidməti avtomobildən şəxsi məqsədlə istifadə edib.

Dünyanın ən böyük televiziya kanallarından olan ARD-nin illik büdcəsi 7 milyard avrodur. 9 regional kanalı olan televiziyanın 23 000 əməkdaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR