Bank Of Baku

"Amnesty International" Fransada Fələstinə dəstək nümayişlərinin qadağan edilməsini pisləyib

"Amnesty International" Fransada Fələstinə dəstək nümayişlərinin qadağan edilməsini pisləyib
# 17 oktyabr 2023 17:13 (UTC +04:00)

Fələstinlilərə dəstək nümayişlərinin qadağan edilməsi Fransada etiraz hüququna qarşı hücumdur.

APA xəbər verir ki, bu barədə "Amnesty International" Fransanın daxili işlər naziri Gerald Darmaninin Fələstin tərəfdarı olan bütün nümayişləri qadağan etmək üçün Fransadakı prefektlərə müraciətindən sonra yaydığı bəyanatda bildirib.

"Fransada fələstinlilərə dəstək məqsədilə keçirilən bütün nümayişlərin qadağan edilməsi nümayiş hüququna ciddi və qeyri-mütənasib hücumdur. HAMAS-ın İsrailin cənubunda törətdiyi vəhşilikləri, həmçinin Qəzza zolağında blokada və çox ağır bombardmanları nəzərə alaraq, vətəndaş cəmiyyəti subyektlərinin sülh yolu ilə və ictimai şəkildə hərəkət edə bilməsi və münaqişədə iştirak edənləri mülki əhalinin hüquqlarına hörmət etməyə çağırması vacibdir. Buna görə də Fələstin əhalisinin hüquqlarına dinc dəstək nümayiş etdirmək hüququna sistematik qadağa tətbiq oluna bilməz. Beynəlxalq hüquqa görə, nümayişlərə qadağa yalnız son çarə kimi qəbul edilə bilər. Hakimiyyət orqanları hər zaman ilk növbədə ifadə azadlığı və dinc toplaşmaq hüququnu qorumağa və asanlaşdırmağa çalışmalıdır.

Qadağa yalnız o zaman qanuni ola bilər ki, o, konkret təhdid əsasında olsun və hər hansı daha az məhdudlaşdırıcı tədbirin ictimai asayişi təmin edə bilməyəcəyi müəyyən olunsum", - "Amnesty International"ın Fransa bürosunun prezidenti Jean-Claude Samouiller deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR