Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helga Şmid 7-9 avqust tarixlərində Türkiyəyə səfər edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Şmid Ankarada baş tutacaq Səfirlər Konfransında çıxış edəcək.
Bundan əlavə, o Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də ikitərəfli görüş keçirəcək. Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə ediləcəyi nəzərdə tutulur.