Avropa İttifaqı ölkələri energetika sahəsində həmrəylik naminə qaz satışını müştərək aparmalıdır.
APA TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib.
O, Rusiyadan qaz asılılığının xeyli azaldıldığını və Aİ-nin qaz anbarlarının 92%-dən çox doldurulduğunu qeyd edib.