Avropa Parlamenti Kosovo ilə viza liberallaşmasını təsdiqləyib.
APA xəbər verir ki, Kosovo vətəndaşlarına Aİ ölkələrinə və Aİ ölkələrinin vətəndaşlarının Kosovaya 90 gündən 180 gün müddətinə qədər viza tələb etmədən qarşılıqlı səfərlər etməyə icazə veriləcək.
Aprelin 19-da qanun Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ Şurasına sədrlik edən İsveç tərəfindən imzalanacaq.
Viza liberallaşması 2024-cü ilə qədər qüvvəyə minəcək.
Qanun qüvvəyə mindikdən sonra bütün Qərbi Balkan regionu Şengen zonası üçün oxşar viza çərçivəsinə malik olacaq.
Qeyd edək ki, Kosovo birtərəfli qaydada 2008-ci ilin fevralında müstəqilliyini elan edib. Onun müstəqilliyi hazırda Aİ-nin beş üzvü (Kipr, Yunanıstan, Rumıniya, Slovakiya və İspaniya) tərəfindən tanınmır. Avropa Parlamenti 2016-cı ildən Kosovo ilə viza rejiminin liberallaşdırılmasını Komissiyanın Kosovonun viza liberallaşdırılması ilə bağlı yol xəritəsinin meyarlarını yerinə yetirdiyini bəyan etməsindən sonra dəstəkləyib. Kosovo hazırda Qərbi Balkanlar regionunun Şengen zonası ilə qısa müddət ərzində vizasız gediş-gəlişdən istifadə etməyən yeganə hissəsidir.