Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Gürcüstana səfərə gəlib.
APA-nın yerli bürosu xəbər verir ki, Buriç səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziriİliya Darçiaşvili ilə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında qeyd olunub ki, tərəflər Aİ-Gürcüstan ikitərəfli əlaqələrinə, Gürcüstanda həyata keçirilən islahatlara, Rusiya-Ukrayna müharibəsi fonunda regional çağırışlara diqqət yetiriblər.
Xarici işlər naziri İliya Darçiaşvili baş katib Buriçə Gürcüstanın demokratik islahatlarına göstərdiyi möhkəm dəstəyinə görə təşəkkür edib.