Avstriya hökuməti sanksiyalar çərçivəsində indiyə qədər 2 milyard avro dəyərində Rusiya aktivlərini dondurub.
APA xəbər verir ki, bu barədə Avstriyanın maliyyə naziri Maqnus Brunner “Twitter”də yazıb.
Nazirin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların effektiv tətbiqi Avstriya, Avropa və ABŞ-ın maraqlarına uyğundur.
“Biz Qərbin təcavüzkara qarşı sanksiyalarını dəstəkləyirik və ötən ilin fevralında Ukraynaya qarşı müharibə başlayandan etibarən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Avstriya təxminən 2 milyard avro dəyərində maliyyə aktivlərini dondurub”, - Brunner deyib.