Bank Of Baku

Avstriyada qar uçqunları nəticəsində 8 nəfər ölüb

Avstriyada qar uçqunları nəticəsində 8 nəfər ölüb
# 18 yanvar 2026 11:47 (UTC +04:00)

Avstriyada dünən baş verən üç qar uçqunu nəticəsində 8 nəfər həyatını itirib.

APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, Zaltsburq federal əyalətində Qrosarl vadisində, hündürlüyü 2150 metr olan Finstərkopf dağında baş verən uçqun nəticəsində yeddi turist qar altında qalıb.

Turistlərdən 4-ü ölüb, 2-i ağır, 1-i yüngül xəsarət alıb.

Bad-Hofqastayn bölgəsində qar uçqununda isə həyat yoldaşı ilə birlikdə dağa çıxan qadın həyatını itirib.

Ştiriya federal əyalətində, Mur vadisi ərazisində Çexiyadan olan üç xizəkçi qar uçqunu altında qalaraq ölüb, daha 4 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR