ABŞ Prezidenti Co Bayden Finlandiya Prezidenti Sauli Niinistö ilə görüşüb.
APA "yle.fi"yə istinadən xəbər verir ki, görüşdə Finlandiya Baş nazir Petteri Orpo və Prezidentin aparat rəhbəri Hiski Haukkala, Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ağ Evin mətbuat katibi Karine Jen-Pierrevere də iştirak edib.
Qeyd edək ki, görüş ABŞ Prezidentinin Helsinkiyə səfəri çərçivəsində baş tutub.