ABŞ Prezidenti Co Bayden NATO-nun sammiti başa çatdıqdan sonra Vilnüsdən Helsinkiyə gəlib.
APA yerli KİV-ə istinadla xəbər verir ki, dövlət başçısının təyyarəsi bir-neçə saat əvvəl Helsinki hava limanına enib.
Baydenin gün ərzində Finlandiya prezidenti Sauli Niinisto və digər Skandinaviya ölkələri rəhbərləri ilə görüşü gözlənilir. Bu, ABŞ liderinin avropa turnesinin son mərhələsidir.