Bank Of Baku

Belarus Aİ ilə bütün keçid məntəqələrində polşalılar üçün vizasız rejim tətbiq edib - YENİLƏNİB

Belarus Aİ ilə bütün keçid məntəqələrində polşalılar üçün vizasız rejim tətbiq edib - YENİLƏNİB
# 02 mart 2023 01:35 (UTC +04:00)

Polşa vətəndaşlarının Avropa İttifaqı və Belarusun sərhədlərini istənilən keçid məntəqələrindən keçə biləcəyinə dair qərar qüvvəyə minib.

APA-nın xəbərinə görə, artıq onlarla polşalı Belarusun Latviya və Litva ilə sərhədini vizasız keçərək ölkəyə daxil olub.

***

20.21

Polşa vətəndaşları martın 2-dən etibarən Avropa İttifaqı və Belarusun sərhədlərini istənilən keçid məntəqələrindən keçə biləcəklər.

APA-nın xəbərinə görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Belarusa vizasız gediş-gəlişə yüksək tələbatı nəzərə alaraq, ölkə rəhbərliyi Belarusun Aİ ilə sərhədindəki bütün keçid məntəqələrində Polşa vətəndaşlarına vizasız giriş icazəsi vermək qərarına gəlib”, - komitənin bəyanatında deyilir.

Bu tədbirin 2 mart 2023-cü il gecə yarısından 31 dekabr 2023-cü il tarixinə kimi qüvvədə olacağı bildirilir.

Əvvəllər Polşa vətəndaşları Belarusa Aİ ilə sərhədin yalnız Belarus-Polşa hissəsində vizasız daxil ola bilirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR