Belçikanın Şime şəhərində qrunt sularının səviyyəsinin “son dərəcə aşağı” olması səbəbindən sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib.
Bu barədə RTL məlumat yayıb.
Məhdudiyyətlərə əsasən, sakinlərə qazonları sulamaq, su çənlərini və hovuzları doldurmaq qadağan edilib. Hakimiyyət orqanları qərarı yayın əvvəlindən davam edən quraqlıq və bir neçə həftədir yağıntıların olmaması ilə əlaqələndirib.
Məhdudiyyətlər avqustun 31-dək qüvvədə olacaq. Qaydaları pozan şəxslər 350 avro məbləğində cərimələnə bilərlər.