Kuba ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının səlahiyyət müddəti başa çatanadək, 2029-cu ilin yanvarına qədər köklü dəyişikliklər yoluna qədəm qoyacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Əminəm ki, bu administrasiyanın səlahiyyət müddəti başa çatanda Kuba tamamilə fərqli gələcəyə doğru yolda olacaq”, - deyə Rubio Keti Millerin 11 avqustda yayımlanan podkastında bildirib.
ABŞ Dövlət katibi gözlənilən dəyişikliklərin təfərrüatlarını açıqlamayıb. O, siyasi kursun dəyişməsinə nümunə kimi Polşanı göstərib.
“Şərqi Avropa ölkələrinə bu gün tanıdığımız dövlətlərə çevrilmək üçün üç-beş il lazım oldu. Polşa, yəqin ki, bunun ən yaxşı nümunəsidir. Düşünürəm ki, Kuba da bu yola qədəm qoyacaq”, - deyə Rubio qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Kubanın “təhlükəsiz, sabit və ABŞ-la harmoniyada” olmasını istəyir və bu, Amerikanın milli maraqlarına uyğundur.