Bank Of Baku

Berlində Almaniya-Ukrayna iqtisadi forumu keçiriləcək

Berlində Almaniya-Ukrayna iqtisadi forumu keçiriləcək
# 21 oktyabr 2022 15:16 (UTC +04:00)

Oktyabrın 24-də Almaniya kansleri Olaf Şolts və Ukraynanın Baş naziri Denis Şmıqal Berlində Almaniya -Ukrayna iqtisadi forumunun açılışını edəcəklər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Brüxner məlumat verib.

“Almaniya-Ukrayna 5-ci iqtisadi forumunun açılışında nazirlər kabinetlərinin üzvləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak edəcək”, - deyə əlavə olunub.

Həmçinin qeyd olunub ki, Şolts və Şmıqal konfrans çərçivəsində görüş keçirəcəklər: “Konfrans çərçivəsində ikitərəfli görüş keçiriləcək. Görüşün əsas mövzuları Ukraynadakı hazırkı vəziyyət, Almaniyanın dəstəyi və ölkənin yenidən qurulması olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR