Bank Of Baku

Blinken Brüsseldə Kuleba ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken, Ukrayna xarici işlər naziri Dmitri Kuleba

© APA | ABŞ dövlət katibi Entoni Blinken, Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 04 aprel 2023 10:26 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Brüsseldə keçirilən NATO XİN rəhbərlərinin iclası çərçivəsində baş tutur.

Dövlət katibi Blinken eyni zamanda Fransa xarici işlər naziri Katerin Kolonna, Britaniya xarici işlər naziri Ceyms Kleverli və Almaniya xarici işlər naziri Annalena Berbokla birgə görüş keçirəcək.

Dövlət Departamenti bildirib ki, Blinken həmçinin Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və NATO Baş katibi Yens Stoltenberqlə də görüş keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR