Bank Of Baku

Blinken Rumıniyanın XİN başçısı ilə taxıl sazişi və təhlükəsizliyi müzakirə edib

Blinken Rumıniyanın XİN başçısı ilə taxıl sazişi və təhlükəsizliyi müzakirə edib
# 25 iyul 2023 04:25 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Rumıniyanın xarici işlər naziri Luminica Odobesku ilə taxıl müqaviləsi və təhlükəsizlik məsələlərini müzakirə edib.

APA-nın məlumatına görə, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi mətbuat konfransında deyib.

“Biz NATO ərazisinin hər qarışını qoruyacağıq, dövlət katibi bu gün Rumıniyanın xarici işlər naziri ilə telefon danışığında bunu açıq şəkildə bildirdi”, - Miller deyib.

O qeyd edib ki, ABŞ və Rumıniya "Rusiyanın Dunay bölgəsində zərbələri" və taxıl müqaviləsi ilə bağlı vəziyyəti müzakirə edib.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Blinken aydın ifadə edib ki, o, Rumıniya və regiondakı bütün müttəfiq və tərəfdaşların taxıl təşəbbüsünün bərpası üçün dəstəyini alqışlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR