BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə humanitar atəşkəslə bağlı çağırış edib.
APA xəbər verir ki, bu barədə BMT Baş katibinin "X" hesabında bildirilib.
Baş katib Quterreş böyük miqyaslı insan itkilərinə diqqət çəkərək Yaxın Şərqdə dərhal humanitar atəşkəsin elan olunması ilə bağlı çağırış edib: "Bir çox insan həyatı və bütöv regionun taleyi təhlükədədir", - o vurğulayıb.