Bank Of Baku

Borrel İsveç və Danimarkada Quranın yandırılmasını pisləyib

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 26 iyul 2023 11:00 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İsveç və Danimarkada "Qurani-Kərim"in yandırılmasını pisləyib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsinin yaydığı bəyanatda bildirilib.

"Avropada fərdi qaydada bəzi şəxslərin son zamanlar bir çox müsəlmanı təhqir edən hərəkətlərindən sonra Avropa İttifaqı dini nifrət və dözümsüzlüyə yönəlmiş hər növ təhriki güclü və qətiyyətli şəkildə rədd etdiyini bir daha bəyan edir. Müxtəlifliyə hörmət Avropa İttifaqının əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir. Quranın və ya müqəddəs sayılan hər hansı digər kitabın təhqir edilməsi hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlük ifadələrinə Avropa İttifaqında yer yoxdur. Biz xaricdə və daxildə din və ya inanc azadlığı və ifadə azadlığını müdafiə etməyə davam edirik, lakin qanuni olan hər şey etik deyil. İndi qarşılıqlı anlaşma və hörmət üçün birgə dayanmağın vaxtıdır. Ayrı-ayrı təxribatçıların törətdiyi bu əməllər yalnız bizi və cəmiyyətlərimizi parçalamaq istəyənlərin xeyrinədir”, - Borrel bəyanatında vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR