Bank Of Baku

Borrel Van İ ilə Aİ-Çin münasibətlərini müzakirə edib - FOTO

Borrel Van İ ilə Aİ-Çin münasibətlərini müzakirə edib - FOTO
# 14 iyul 2023 17:39 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van İ ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ali Nümayəndə Borrelin "Twitter" hesabında məlumat verilib.

"Direktor Van İ ilə Aİ-Çin münasibətlərinin məsuliyyətlə idarə olunmasına dair konstruktiv və hərtərəfli müzakirəmiz oldu. Mən Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoymasında Çinin rolu və humanitar yardımla bağlı gözləntilərini ifadə etdim.

Tayvan boğazında sabitliyin və status-kvonun qorunmasını da müzakirə etdik.

Tezliklə Pekində Strateji Dialoqun keçirilməsini və ümumi qlobal çağırışlar üzrə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik", - Borrel bildirib.

Qeyd edək ki, görüş Cakartada ASEAN ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR