Bank Of Baku

Borrel və Hakan Fidan Aİ-Türkiyə əlaqələrini müzakirə edib

Borrel və Hakan Fidan Aİ-Türkiyə əlaqələrini müzakirə edib
# 14 iyul 2023 13:28 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

APA xəbər verir ki, bu barədə Ali Nümayəndə Borrelin "Twitter" hesabında bildirilib.

"Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ilə ilk təkbətək görüşümüzə şadam. Biz Avropa İttifaqı və Türkiyə münasibətlərinə, Şərqi Aralıq dənizindəki vəziyyətə və gərginliyin aradan qaldırılmasının önəminə, eyni zamanda bir sıra regional və qlobal məsələlərə diqqət yetirdik.

Mən konstruktiv şəkildə işləməyi səbirsizliklə gözləyirəm", - Borrel paylaşımında qeyd edib.

Xatırladaq ki, görüş Cakartada ASEAN ölkələrinin XİN rəhbərlərinin toplantısı çərçivəsində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR