Bank Of Baku

Borrell İsrail-HAMAS müharibəsi ilə bağlı yeni açıqlama verib

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell

# 23 oktyabr 2023 11:39 (UTC +04:00)

"İsrail - HAMAS və Ukrayna müharibəsi tamamilə fərqlidir, lakin hər iki müharibə dünyaya şok dalğası ötürür və dünya üçün ağır nəticələri var".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Lukseburqda keçirilən Aİ XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Jurnalistin Rusiyanın Qərbi İsrail-HAMAS müharibəsində ikili standartlar nümayiş etdirməkdə ittiham etməsi ilə bağlı sualı cavablandıran Borrell: "Təbii ki, Rusiya bu vəziyyətdən istifadə edir. Qəzza ilə bağlı ikili standartlar məsələsi müharibədən əvvəl artıq var idi və indi yenidən bu məsələyə ortaya çıxır. Ona görə də biz bütün mülki şəxslərin öldürülməsi ilə bağlı eyni dərəcədə narahatlığı ifadə etmək məsələsində açıq mövqe nümayiş etdirməliyik. Biz eyni narahatlığı göstərməliyik. Biz İsrailə güclü dəstəyimizi ifadə edirik, çünki İsrail xalqı hücuma məruz qalıb və biz onlara qarşı törədilənləri sərt şəkildə qınamışıq, lakin biz eyni zamanda nəzərə almalıyıq ki, günahsız fələstinlilər də öldürülür, onlar da həmçinin, HAMAS-ın qurbanlarıdır. Ona görə də biz hər bir mülki şəxsin öldürülməsinə eyni narahatlığı ifadə etməliyik", - deyə vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR