Bank Of Baku

Borrell: Rusiyanın nüvə başlıqlarını Belarusa daşıması Avropa üçün təhdiddir

Borrell: Rusiyanın nüvə başlıqlarını Belarusa daşıması Avropa üçün təhdiddir
# 04 aprel 2023 12:13 (UTC +04:00)

Rusiyanın taktiki nüvə başlıqlarını Belarusa yerləşdirmək qərarı Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuata açıqlamasında deyib.

Aİ-nin ali nümayəndəsi bildirib ki, Rusiya təcavüzkar siyasət yürüdür, təhdidlər edir və sülh danışıqları üçün heç bir addım atmır.

O deyib ki, Rusiyanın nüvə başlıqlarını Belarusa daşıması Avropa üçün təhdiddir: “Bu qərarın Çin liderinin Moskvaya səfərindən sonra baş verməsi ironikdir. Hansı ki, bu danışıqlarda nüvə başlıqlarının xarici ölkəyə daşınmaması, nüvə ritorikasından çəkinmək barədə razılıq əldə olunmuşdu. Bu səfərdən, danışıqlardan sadəcə bir neçə gün sonra Moskva taktiki başlıqları Belarusa köçürəcəyini açıqladı”.

Borrel çıxışında Çinə də çağırış edib: “Çinin sülhə töhfə verməsi ilə bağlı mənəvi vəzifəsi var. Çin təcavüzkarın tərəfində dayana, ona dəstək verə bilməz. Bu, bizim mesajımızdır. Bu gün Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Makronla birgə Çinə səfər edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR