Bank Of Baku

Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Böyük Britaniyanın Baş naziri Endi Börnhem

© APA | Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Böyük Britaniyanın Baş naziri Endi Börnhem

# 24 avqust 2026 10:19 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib.

“Sky News” xəbər verir ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

Börnhemin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Bundan başqa Britaniya Baş nazirinin Ukraynaya uzunmənzilli raketlər sahəsində dəstək elan ediləcəyi də bildirilib.

Qeyd edək ki, bu, Britaniyanın yeni Baş nazirinin xaricə ilk rəsmi səfəridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR