Bank Of Baku

Tramp gələn ay İrlandiyaya səfər edəcək

Tramp gələn ay İrlandiyaya səfər edəcək
# 24 avqust 2026 03:40 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp gələn ay İrlandiyaya səfər edərək özünün Doonbegdəki qolf meydançasında keçiriləcək “Irish Open” turnirini izləyəcək.

“New York Post”un məlumatına görə, Tramp sentyabrın 12-13-də İrlandiyada olacaq.

Səfər zamanı ABŞ səfirliyinin əməkdaşları və biznes nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Səfərin əsas hissəsinin Trampın İrlandiyanın Klar qraflığının Danbis şəhərində yerləşən “Trump International Golf Links & Hotel” kompleksində keçirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR