Bank Of Baku

Bratislavada İkinci Dünya Müharibəsinə aid yüzlərlə mina tapılıb

Bratislavada İkinci Dünya Müharibəsinə aid yüzlərlə mina tapılıb
# 06 mart 2024 01:57 (UTC +04:00)

Bratislavada aparılan tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qalma, Almaniya istehsalı olan piyada əleyhinə minalar tapılıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Slovakiya polisinin nümayəndəsi Mixal Şeyf məlumat verib.

"Petrzalkanın Bratislava rayonunun Betliarskaya küçəsi yaxınlığında aparılan tikinti işləri zamanı 400-ə yaxın S-35 piyada əleyhinə mina aşkar edilib. Polis istehkamçılarla birlikdə onları şəhərdən kənarda təhlükəsiz yerə aparıb", - o bildirib.

Minaların aşkar olunduğu yer polis tərəfindən mühafizə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR