Bank Of Baku

Britaniya hökuməti milli təhlükəsizliyə təhdid siyahısını yeniləyib

Britaniya hökuməti milli təhlükəsizliyə təhdid siyahısını yeniləyib
# 03 avqust 2023 13:44 (UTC +04:00)

Böyük Britaniya hökuməti milli təhlükəsizliyə təhdid yarada biləcək təhlükələrin siyahısını yeniləyib.

APA xəbər verir ki, bununla bağlı sənəd hökumətin saytında dərc olunub.

Bu sənədə 89 maddə, o cümlədən Ukraynadakı müharibə ilə əlaqədar Avropaya elektrik enerjisinin verilməsində fasilələr, sualtı telekommunikasiya kabellərinə hücumlar və süni intellekt texnologiyalarından istifadə ilə bağlı problemlər daxildir.

Britaniya hakimiyyətinin fikrincə, bütün bu təhlükələrin yaranma ehtimalı 25 faizdən çox qiymətləndirilir.

Xatırladaq ki, risk hesabatı ilk dəfə 2008-ci ildə Britaniya hökuməti tərəfindən dərc edilib və 2020-ci ildən indiyə qədər ilk dəfə təhdidlərin siyahısını yeniləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR