Ukraynanın cənubundakı gərgin döyüşlər iki sektorda cəmlənib.
APA xəbər verir ki, bu Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Orexovanın cənubundakı hücumları Rusiyanın 58-ci ordusuna qarşı yönəlib.
Məlumata görə, 58-ci ordunun ötən 8 həftə ərzində intensiv döyüşlərdə iştirak etmiş ön xətdəki alayları döyüş yorğunluğundan və aşınmadan əziyyət çəkir.
“Velika Novoselovkanın cənubunda müdafiə olunan Rusiya qüvvələri hərbi rayonun həm şərqindən, həm də cənubundan sıxışdırılırlar və bu koordinasiya problemlərinə səbəb olur”, - məlumatda bildirilib.
Qeyd olunub ki, 5-ci Kombinə Silahlar Ordusunu elementləri USQ-nin xüsusi təzyiq altındadır və ehtimal ki, cəbhədən rotasiyalarının vaxtının çoxdan keçdiyini hiss edirlər.
Kəşfiyyatın məlumatına görə, cənubdakı Rusiya komandirlərinin ümumi problemləri sursat və rezerv çatışmazlığı, müdafiədəki qüvvələrin təhlükəsizliyinin təmin edilməsidir.