Putin Ukraynanın şəhərlərini və yaşayış məntəqələrini tanklarla ələ keçirə bilmədi, indi dron hücumlarına cəhd edir.
APA xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Twitter"də bildirib.
“Bunlar müharibədə, döyüş meydanında məğlub olan bir insanın çıxılmaz hərəkətləridir. Ona görə də biz Ukraynaya hava hücumundan müdafiə raketləri göndərdik. Putin ukraynalıların əzmini, eyni zamanda, bizim onların yanında olmaq əzmimizi də qıra bilməyəcək”, - Britaniya XİN başçısı bildirib.