Bank Of Baku

Britaniya XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Britaniya XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
# 24 iyun 2023 15:49 (UTC +04:00)

Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bildirilib ki, Rostov vilayətində hərbi gərginlik və bütün ölkə boyu iğtişaşların davam etməsi riski ilə bağlı məlumatlar var.

Böyük Britaniyaya qayıtmaq üçün mövcud uçuş variantlarının az olmağı səbəbindən XİN Rusiyaya səfər etməməyə tövsiyə edib.

“Rusiyada olmanız vacib deyilsə, qalan kommersiya marşrutları ilə ölkədən ayrılmağı düşünməyinizi tövsiyə edirik”, - deyə verilən məlumatda bildirilib.

Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli vəziyyəti diqqətlə izlədiyini və müttəfiqlərlə sıx əlaqə saxladığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR