Bank Of Baku

Britaniyada Baş nazir postuna ilk namizəd bilinib

Penni Mordaunt

© APA | Penni Mordaunt

# 21 oktyabr 2022 18:46 (UTC +04:00)

Penni Mordaunt Böyük Britaniya Baş naziri postuna namizədliyini irəli sürüb.

APA-nın Britaniya bürosu xəbər verir ki, bununla da o, liderlik iddiasını elan edən ilk şəxs olub.

“Mən Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olmaq üçün namizədəm - ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkini qazanmaq üçün”, - o, “Twitter”də yazıb.

Penni Mordaunt hazırda İcmalar Palatasının rəhbəri vəzifəsini daşıyır. O, 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.

Qeyd edək ki, keçmiş Baş nazir Boris Consonun namizəd olmağı ilə bağlı kabinetdə bəzi nazirlər tərəfindən təkliflər irəli sürülsə də, hələ ki bu barədə ondan açıqlama gəlməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR