Burkina Faso Fransa ilə 1961-ci ildə imzalanan “Hərbi yardım haqqında saziş”i denonsasiya edib.
APA-nın TV-5-ə istinadla xəbərinə görə, Burkina Fasonun Xarici İşlər Nazirliyi rəsmi parisi məlumatlandırıb.
Qeyd edək ki, spzügedən saziş Fransanın bütün keçmiş koloniyaları ilə imzalanıb və son 40 ildə cüzi dəyişikliyə uğrayıb.