“F-16 qırıcı təyyarələri mövzusunda hər hansı çətinlik yoxdur”.
APA xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərindəki “Türk Evi”ndə jurnalistlərlə görüşü zamanı deyib.
Nazir qeyd edib ki, bu mövzuda danışıqlar fasiləsiz olaraq davam edir.