Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
APA xəbər verir ki, bu barədə o, “Twitter”də bildirib.
Çavuşoğlu Blinkenlə Türkiyə-ABŞ münasibətlərini müzakirə etdiklərini deyib.
Türkiyə XİN başçısı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədi ABŞ tərəfinə təqdim edib.