“Türkiyə özünü NATO-nun etibarlı partnyoru kimi göstərib amma onun üçün Rusiya ilə yaxşı münasibətlər də vacibdir”.
APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.
O, ölkəsinin Ukrayna ilə Rusiya arasında gərginliyin olmamasına çalışdığını əlavə edib.
“Əsas olan gərginliyin azaldılması və davamlı sülhün əldə olunmasıdır”.
Nazirin fikrincə, gərginlik mövcud olsa, da bəzi Qərb ölkələri bu gərginliyi çox şişirdib.
“Gərginliyi azaltmaq üçün bəzi səylər səmimi deyil və “bizdə burdayıq” deməyə hesablanıb. Hamıya məlumdur ki, cənab Ərdoğan vasitəçi rolunda çıxış edir, Kiyev Moskva ilə Türkiyədə danışıqlara hazırdır. İndi Rusiya ilə danışıqlar gedir”, - deyə Çavuşoğlu əlavə edib.