Bank Of Baku

Çavuşoğlu Türkiyə-İsrail dialoqundan danışıb

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 08 fevral 2022 17:17 (UTC +04:00)

Qarşılıqlı səfərlər və dialoq İsraillə münasibətlərimizi müəyyən bir nöqtəyə gətirəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsraillə münasibətlərimizin normallaşması üçün atacağımız addımlar Fələstin xalqının maraqları bahasına başa gələ bilməz”, - o qeyd edib.

Çavuşoğlu İsrail-Fələsin nizamlanmasında Türkiyənin roluna da toxunub.

“Bu məsələdə mövqeyi başından bəri bəlli olan ölkəyik. Bəlkə də normallaşma üzrə atılacaq addımlar İsrail-Fələstin münasibətlərini, iki dövlət konsepsiyasına Türkiyənin töhfəsini artıracaq”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR