Bank Of Baku

Cənubi Koreya reaktiv yaylım atəşi sisteminin ilk partiyasını Polşaya tədarük edib

Cənubi Koreya reaktiv yaylım atəşi sisteminin ilk partiyasını Polşaya tədarük edib
# 21 avqust 2023 17:54 (UTC +04:00)

Cənubi Koreya “Chunmoo” çoxbarelli reaktiv yaylım atəşi sisteminin ilk partiyasını Polşaya tədarük edib.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

Nazirin sözlərinə görə, Varşava və Seul Cənubi Koreyadan Polşaya 980 ədəd “K2” tankı, 648 ədəd “K9” haubitsası, 48 ədəd “FA-50” yüngülmotorlu qırıcı təyyarəsi və 288 ədəd “K239 Chunmoo” çoxbarelli reaktiv yaylım atəşi sistemi tədarük etmək barədə razılığa gəliblər.

Əldə olunacaq silahların ümumi məbləği 12,4 milyard dollara yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR