Çexiya Ukraynaya təhlükəsizlik zəmanəti haqqında sənəd imzalayacaq

Çexiya Ukraynaya təhlükəsizlik zəmanəti haqqında sənəd imzalayacaq
# 28 iyun 2024 17:02 (UTC +04:00)

Ukrayna və Çexiya Avropa Siyasi İcmasının London sammitində rəsmi Kiyevə təhlükəsizlik zəmanəti verilməsi üzrə saziş imzalayacaq.

APA-nın məlumatına görə, bunu Çexiyanın baş naziri Petr Fiala “X” hesabında yazıb.

2023-cü ildə “G7” ölkələri arasında Ukrayna tərəfinə təhlükəsizlik zəmanətinin verilməsinə dair razılıq əldə olunub. Bildirilib ki, bunun üçün rəsmi Kiyev ittifaqın hər bir ölkəsi ilə ayrı-ayrılıqda müvafiq sənədi razılaşdırmalıdır. 10 il müddətinə bağlanacaq bu müqavilələrin mətnləri bir-biri ilə demək olar ki, eynilik təşkil edir. Belə ki, G7 dövlətləri ilə razılaşdırılan sənədlər Ukraynaya hərbi, humanitar və maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

Bundan əlavə, müqavilə tərəfləri Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə dəstəyi də öhdəsinə götürəcək.

Qeyd edək ki, iyunun 27-də Vladimir Zelenski Litva və Estoniya ilə oxşar sənədi imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR