Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib
# 26 fevral 2024 11:32 (UTC +04:00)

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin sessiyasında bildirib.

O, qeyd edib ki, bu qərardan sonra Gürcüstan vətəndaşları Çində 30 günədək vizasız qala biləcəklər.

Kobaxidze bu addımın Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin avqustunda Gürcüstanla Çin arasında strateji tərəfdaşlığın əsası qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR