Bank Of Baku

Danimarka ukraynalı pilotlara təlim keçmək üçün ABŞ-dən yardım istəyib

Danimarka ukraynalı pilotlara təlim keçmək üçün ABŞ-dən yardım istəyib
# 23 iyun 2023 01:57 (UTC +04:00)

Danimarka hökuməti ABŞ-dən ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsinə dəstək verməsini xahiş edib.

APA-nın məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

"Biz Danimarkadan F-16-ların hazırlanmasında yardım üçün sorğu almışıq ki, bu da gözlənilən idi. Hazırda bu məsələ nəzərdən keçirilir", - o deyib.

Rayder xatırladıb ki, Danimarka və Hollandiya F-16-dan istifadə etmək üçün ukraynalı pilotların təlimini koordinasiya edən Avropa koalisiyasına rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR