Danimarka və Niderland Ukraynaya "Leopard 2" tankları verəcək.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Üçüncü tərəfdən alınacaq və təmir ediləcək “Leopard 2A4” tanklarının 2024-cü ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir.
“Ukraynalılara dəstək dinc və təhlükəsiz Avropa üçün tamamilə vacibdir”,- Danimarkanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Troels Lund Poulsen deyib.
Bildirilib ki, Danimarka Niderlandla birlikdə Ukraynaya 14 "Leopard 2" tankları ianə ediləcək.