Bank Of Baku

Dünyanın ilk PUA gəmisi “TCG Anadolu” ziyarətçi axını ilə üzləşib - FOTO

Dünyanın ilk PUA gəmisi “TCG Anadolu” ziyarətçi axını ilə üzləşib - FOTO
# 20 aprel 2023 16:40 (UTC +04:00)

İstanbul sakinləri və ziyarətçiləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi və dünyanın ilk hücum PUA gəmisi olan “TCG Anadolu” gəmisinə ziyarət etmək üçün Sarayburnu limanına axın edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, vətəndaşlar uşaqlarla birlikdə gəmini maraqla seyr edir, hərbçilər tərəfindən qarşılanır və onlara gəmi haqqında məlumat verilir.

Gəminin birinci göyərtəsində tanklar, eniş və yerüstü avadanlıqlar ziyarətçilər üçün xüsusi maraq doğurur.

Qeyd edək ki, “TCG Anadolu” 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla, ümumilikdə 94 texnika daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 zərbə PUA-sı yerləşə bilər.

Gəminin anqarı daha 19 helikopter və 30 pilotsuz təyyarə üçün nəzərdə tutulub. Gəmi dörd qayığı da qəbul edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR