Roma Papası Fransiskin vəziyyəti açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tac-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatdan sonra Roma Papasının xəstəxanada ilk gecəsi yaxşı keçib.
Qeyd edək ki, o qarın nahiyəsindən əməliyyat edilib. Əməliyyat üç saat davam edib.