Bank Of Baku

Ərdoğan 47 general və admiralı istefaya göndərib

Ərdoğan 47 general və admiralı istefaya göndərib
# 01 avqust 2019 18:49 (UTC +04:00)

Bu gün Ankarada Beştəpədəki Prezident Sarayında Ali Hərbi Şuranın (YAŞ) toplantısı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, toplantıda 14 general və admiralın daha yüksək rütbəyə yüksəlməsi, 40 polkovnikin general və admirallığa irəli çəkilməsi, 12 general və admiralın səlahiyyətlərinin 1 il, 313 polkovnikin səlahiyyətlərinin 2 il uzadılması barədə qərar verilib. Bu il sentyabrın 1-dən isə 47 general və admiral istefaya göndəriləcək.

Qeyd edək ki, saatyarımlıq toplantıda polkovniklərin və generalların təltif olunmalarının təqdimatı, səlahiyyət müddətlərinin uzadılması, vəzifə təyinatları və təqaüdə göndərilmələri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR