Bank Of Baku

Ərdoğan: Bayden F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 13 iyul 2023 14:17 (UTC +04:00)

Türkiyə və ABŞ strateji tərəfdaşlığa malik iki vacib ölkədir.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammitindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Preizdenti bildirib ki, onun amerikalı həmkarı ilə görüşü "çox məhsuldar" keçib.

"Görüş təxminən 1 saat 15 dəqiqə çəkdi. Bayden və onun administrasiyası əslində F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir. Hazırda həm o, həm də xarici işlər naziri "biz bu məsələnin üzərindəyik, onu izləyirik" dedilər. Təbii ki, xarici işlər nazirimiz Hakan bəy, İbrahim bəy və Yaşar Paşamız da də eyni şəkildə tərəfdaşları ilə görüşərək bu prosesin müsbət nəticə verməsini təmin edəcəklər", Türkiyə Prezidenti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR