İlin əvvəlindən 143 min qeyri-qanuni miqrantın Türkiyəyə keçməsinin qarşısını alınıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Mühafizə Akademiyasında məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
O əlavə edib ki, son iki ay yarımda saxlanılan 61 min qeyri-qanuni immiqrantdan 25 mini deportasiya edilib.