Ərdoğan: “Misirlə əlaqələrimizi bərpa etmək fikrindəyik” 

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 07 may 2021 15:23 (UTC +04:00)

“Bizim Misir xalqına münasibətimiz çox müsbətdir. Biz misir və türk xalqlarının tarixdə olan birliyini yenidən bərpa etmək arzusundayıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə Misirlə ikitərəfli əlaqələr və regional məsələlər mövzusunda həmrəy olmağın tərəfindədir və bu baxımdan Misirlə rəsmi görüşlər davam etidirləcək: “Yeni mərhələ başladı. Öncə milli təhlükəsizlik, sonra xarici işlər nazirliklərimiz səviyyəsində danışıqlar başladı, bu danışıqlar genişləndirilərək davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR