Ermənistan və Fransa müdafiə nazirləri İrəvanda görüşüb

Ermənistan və Fransa müdafiə nazirləri İrəvanda görüşüb
# 23 fevral 2024 10:39 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.

Bundan öncə fransalı nazir çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR