Bank Of Baku

Estoniya parlamenti Kaya Kallası Baş nazir postuna təsdiqləyib

Kaya Kallas

© APA | Kaya Kallas

# 12 aprel 2023 17:22 (UTC +04:00)

Estoniya parlamenti seçkilərdə qalib gəlmiş Kaya Kallasın yeni hökumət kabineti qurmaq üçün mandatını təsdiqləyib.


APA Parlamentin saytına istinadən xəbər verir ki, aprelin 11-də xanım Kallas hökumətin qurulmasının əsasları ilə bağlı təqdimatla çıxış edib, lakin iş vaxtı bitdiyinə görə səsvermə keçirilməyib və bugünkü iclasda sual-cavab mərhələsi davam edib və daha sonra səsvermə olub.
Səsvermədə Parlamentin üzvlərinin 59-u Baş nazir namizədinə (Kaya Kallasa) hökumət qurmaq səlahiyyətlərinin verilməsini dəstəkləyib, 38-i isə bunun əleyhinə çıxıb.

Mandatın təsdiqlənməsi üçün səs çoxluğu tələb olunduğuna görə Kaya Kallasın Baş nazir kimi mandatı təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR